Türkiyədə sürücü ədavətli olduğu şəxsi yolda görüb və onu vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib. Kimliyi bilinməyən sürücü yolda ədavətli olduğu adamı görüb və avtomobili onun üzərinə sürüb.
Həmin şəxsi vurandan sonra isə sürətlə hadisə yerindən qaçıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.