Yenicə həbsdən çıxan "qanuni oğru" saxlanıldı
06 noyabr 2024 16:57 (UTC +04:00)

Yenicə həbsdən çıxan "qanuni oğru" saxlanıldı

Kriminal aləmdə “Kaxa Çoxataurski” kimi tanınan 54 yaşlı gürcü “qanuni oğru” Karlo Çxikvadze Belarusun Mogilyov vilayətində saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, sərhədi keçəndən az sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən ələ keçirilib.

Xatırladaq ki, vətəndaşlığı olmayan Kaxaya təhlükəsizlik qüvvələri tərəfindən ölkəni təkbaşına tərk etmək üçün 3 gün vaxt verilsə də, qanuni olaraq buna pasport verilməyib. “Qanuni oğru”nun Rusiyada çıxmaq üçün Belarusdan gizli yollarla keçməkdən başqa çarəsi olmayıb.

Gürcüstan Karlodan imtina etdiyinə görə, “oğru” Rusiyada deyil, Belarusda qeyri-qanuni mühacirlər üçün xüsusi təcridxanada oturmalı olacaq.

Qeyd edək ki, “Kaxa Çoxataurski” bir neçə gün əvvəl 18 illik həbs cəzasından sonra azadlığa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar