Putin Trampı qələbə münasibətilə  təbrik etməyəcək,   amma...
06 noyabr 2024 15:24 (UTC +04:00)

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək, amma...

Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etmək fikrində deyil.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bunu onun mətbuat katibi Dmitri Peskov Rusiya təbliğat mediasına şərhində bildirib. O, ABŞ seçkilərinin nəticələrini “bu ölkənin daxili işi” adlandırıb.

Peskovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlər tarixin ən aşağı nöqtəsindədir və onların gələcək taleyi ABŞ rəhbərliyindən asılıdır. Kreml ABŞ seçkilərinə müdaxilə ilə bağlı hər hansı ittihamı rədd edir.

Eyni zamanda, Peskov Trampla mümkün telefon danışığını şərh edərkən Putinin ABŞ-la təmaslara və dialoqa açıq olduğunu bildirib. Kreml Trampın prezidentliyi ilə bağlı Rusiya kontekstində verdiyi ilk açıqlamalar və konkret addımlar əsasında nəticə çıxaracaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar