Şahzadə ərindən ayrıldı
06 noyabr 2024 14:08 (UTC +04:00)

Şahzadə ərindən ayrıldı

Bolqarıstan şahzadəsi Mafalda iki illik evlilikdən sonra fərqli həyat ritmlərinə görə ingilis maliyyəçi Mark Abusleymandan boşanmaq üçün məhkəməyə müraciət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbələrin məlumatına görə, Abusleyman boşanmaq üçün mayın 15-də Nyu-York Ali Məhkəməsinə müraciət edib. Səbəb cütlüyün fərqli həyat ritmləri olub: Mafalda Madriddə yaşayır, Ona Mafalda təxəllüsü ilə musiqi karyerasını inkişaf etdirir, kişi Nyu-Yorkda böyük bir investisiya şirkətinin vitse-prezidenti vəzifəsində çalışır.

Mafalda və Mark hər ikisi Londonda təhsil alarkən yeniyetmə yaşlarında tanış olublar. Onların 2022-ci ildə Mayorkada toyu Avropa kral ailələrinin nümayəndələri də daxil olmaqla, çoxsaylı məşhur qonaqların iştirakı ilə baş tutub.

Şahzadə Mafalda Bolqarıstan şahzadəsi Preslavski Kirill və dizayner Valentino ilə əməkdaşlığı ilə tanınan model Rosario Nadalın qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar