Tovuzda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Lent.az xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.
73 yaşlı Bağırova Kimya Əşrəf qızını naməlum avtomobil vuraraq qaçıb. Yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşlarının apardığı axtarışlar nəticəsində məlum olub ki, Köhnəqala kənd sakini 34 yaşlı Əkbərov Ramil Nazir oğlu idarə etdiyi "Toyota Auris" markalı avtomobillə qadını vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, sürücü saxlanılıb.