ÜST həyəcan təbili  ÇALDI: vərəm  yenə ən ölümcül xəstəlikdir
06 noyabr 2024 11:19 (UTC +04:00)

ÜST həyəcan təbili ÇALDI: vərəm yenə ən ölümcül xəstəlikdir

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm yenidən ən ölümcül infeksiya olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, ÜST 2023-cü ildə 193 ölkədə tibbi məlumatların təhlilini təqdim edib. Məlum olub ki, bu ölkələrdə keçən il 400 min insan koronavirusdan, 1,25 milyon insan isə vərəmdən ölüb. 2021-ci ildə koronavirus 3,6 milyon, vərəm isə 1,6 milyon insanın ölümünə səbəb olub.

Bundan əlavə, 2023-cü ildə qlobal səviyyədə vərəmə yoluxma hallarında artım müşahidə olunur. Xəstəlik 8,2 milyon insanda aşkar edilib ki, bu da bütün monitorinq tarixində rekord göstəricidir. Xəstəliklərin sayının artması diaqnozu çətinləşdirən pandemiya, həmçinin COVID-19-a yoluxmanın vərəmə yoluxma ehtimalını artırması ilə əlaqədardır.

Vərəmə ən çox yoluxma Hindistan, İndoneziya və Çində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar