Bakıda 3 ay əvvəl qəzaya düşən şəxs ölüb.
Lent.az xəbər verir ki, hadisə avqustun 9-da Nərimanov rayonunda Gənclik tunelində baş verib.
22 yaşlı Paşazadə Fərid Yengibar oğlu idarə etdiyi mopedlə tunelin girişində beton maneəyə çırpılıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və görülən tədbirlərə baxmayaraq, noyabrın 5-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.