Dərədə 45 kisə  insan qalığı   tapıldı
01 iyun 2023 16:46 (UTC +04:00)

Dərədə 45 kisə insan qalığı tapıldı

Meksikanın Xalisko ştatında Mirador-del-Boske dərəsindən 45 kisə insan qalığı tapılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bildirilir ki, çağrı mərkəzinin yeddi gənc əməkdaşının axtarışı zamanı dəhşətli tapıntı aşkarlanıb. Sapopan bələdiyyəsindəki dərədə iş mayın 30-da günortadan sonra insan qalıqları olan ilk plastik torbanın tapılmasından sonra başlayıb.

İlkin məlumatlara görə, kişi və qadın qalıqları olan 45 kişi götürülüb. Ölənlərin sayını, ölüm səbəblərini müəyyən etmək, habelə şəxsiyyətlərinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertlərinə təhvil verilib.

Bütün kisələr aşkar edilərək götürülənə qədər əməliyyat bir neçə gün davam edəcək.

Prokurorluq əlavə edib ki, aşkarlanan qalıqların “Çağrı mərkəzi”nin itkin düşmüş əməkdaşlarına aid olub-olmadığı hələ müəyyən edilməyib, ona görə də onların axtarışları davam etdirilir.

# 1779
avatar

Oxşar yazılar