Oğurluq olan dəmiryol xətti
01 noyabr 2021 13:21 (UTC +04:00)

Oğurluq olan dəmiryol xətti

Dəmiryol xəttini söküb pul qazanmaq istəyi baş tutmadı - VİDEO

Bakı-Şabran dəmiryol xəttindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsində qeydə alınıb. Naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1300 manata yaxın maddi ziyan vurub.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışlarına başlayıb. Əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi və hadisə zamanı istifadə etdiyi kəsici alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Hüseynbala Cəfərov ifadəsində stansiyanın ərazisindən oğurluq etdiyini boynuna alıb.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.    

Dəmiryol xəttindən oğurluq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar