"Dəmir Yolları"ndakı pozuntularla bağlı iş qaldırıldı
10 mart 2022 16:51 (UTC +04:00)

"Dəmir Yolları"ndakı pozuntularla bağlı iş qaldırıldı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində pozuntular aşkarlanıb.

Bu barədə Lent.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları”  barəsində iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar