Dələduzluqda təqsirləndirilən şəxs Livandan ekstradisiya edildi
29 noyabr 2023 08:02 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən şəxs Livandan ekstradisiya edildi

Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli səviyyədə və müxtəlif beynəlxalq platformalar çərçivəsində sıx işgüzar fəaliyyət davam etdirilir.

Ədliyyə Nazirliyindən Lent.az-a bildirilib ki, təkcə bu il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.

Bundan əlavə, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livan Respublikasında müəyyən olunub və o, həbs edilib. 

Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib. 

Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

# 1473
avatar

Oxşar yazılar

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

2 mart 2024 , 09:42
Azərbaycanlılar qızıl mağazasını qarət etdi

Azərbaycanlılar qızıl mağazasını qarət etdi

2 mart 2024 , 09:25
Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

2 mart 2024 , 08:32
Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

2 mart 2024 , 08:22
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

1 mart 2024 , 23:49
Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

1 mart 2024 , 17:45
Narkotacirlərə kömək edən polis həbs olundu

Narkotacirlərə kömək edən polis həbs olundu

1 mart 2024 , 17:18
Zorla hərbi komissarlığa aparılan xəstə öldü

Zorla hərbi komissarlığa aparılan xəstə öldü

1 mart 2024 , 15:21