Dələduzluğa görə tutulan keçmiş deputatlığa namizəd MƏHKƏMƏDƏ
08 yanvar 2021 18:16 (UTC +04:00)

Dələduzluğa görə tutulan keçmiş deputatlığa namizəd MƏHKƏMƏDƏ

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən Mamedov Tural Marks oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Eıməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, 35 yaşlı Tural Mamedovu Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları saxlayaraq istintaq orqanına təhvil verib.

Məlum olub ki, Tural Mamedov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.

Araşdırmalar zamanı məlum olub ki, o, 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında "Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, Qafqaz servis MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Mehman Nəbiyev

Oxşar yazılar