Dələduz "vəkil"lə bağlı  AÇIQLAMA
26 oktyabr 2021 13:35 (UTC +04:00)

Dələduz "vəkil"lə bağlı AÇIQLAMA

Azərbaycanda özünü vəkil kimi təqdim edən şəxs dələduzluq edib.

Lent.az xəbər verir ki, bu barədə vətəndaş Gülüstan Abbasova özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, özünü vəkil kimi təqdim edən Rahib Qamzayev ondan 1500 manat pul alıb. Sonra məlum olub ki, o, heç vəkil deyilmiş. Şikayətçi R. Qamzayevin geyiminin də saxta olduğunu bildirib.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az-a danışıb. O bildirib ki, hadisədən məlumatlıdırlar və kollegiyadan aidiyyatı üzrə müraciət ünvanlanıb:

Anar Bağırov

“Belə hadisələr vəkillik adına xələl gətirir. İmkan vermək olmaz ki, kimsə özünə vəkil deyib insanları aldatsın. Həmin şəxslə bağlı artıq müraciət hazırlayıb hüquq-mühafizə orqanlarına göndərmişik. Əgər fakt təsdiqini taparsa, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Onun özünü vəkil kimi təqdim edib vətəndaşı aldatması, dələduzluq etməsi də təsdiqlənərsə artıq cinayət işi açılacaq”.

Anar Bağırov belə hallarla qarşılaşmamaq üçün vətəndaşlara müraciət edib:

“Vətəndaşlardan xahiş edirəm, belə hallarla qarşılaşdıqları təqdirdə həmin şəxsdən vəkillik vəsiqəsi tələb etsinlər. Bundan əlavə, Vəkillə Kollegiyasının qaynar xəttinə məlumat verərək və kollegiyanın saytına daxil olaraq vəkillərlə bağlı məlumat ala bilərlər. Saytımızın reyestr bölməsində bütün vəkillər barəsində məlumatlar yerləşdirilib. Sadəcə həmin şəxsin soyadını yazmaqla bütün məlumatları əldə etmək olar”.

Dələduzluq etdiyi deyilən vəkil

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Mehman Nəbiyev

Oxşar yazılar