Daxili İşlər Nazirliyindən oğurluq edən polis rəisi tutuldu
05 aprel 2024 14:10 (UTC +04:00)

Daxili İşlər Nazirliyindən oğurluq edən polis rəisi tutuldu

Rusiyanın Krasnoyarsk diyarında polis əməkdaşına qarşı cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin rəisi qanunsuz oyun salonu təşkil etməkdə şübhəli bilinir.

Belə ki, onun Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin dəlil saxlama anbarına sərbəst daxil olmağa icazəsi olub. Kassada oyun avtomatlarının olduğunu bildiyi üçün 3 tanışını da ora buraxıb. Onlar özləri üçün ən azı 30 işləyən slot maşını və iki poker stolu seçərək anbar yerindən yük maşını ilə daşıyıblar. 

Cinayət ortaqlarının məqsədi yeraltı oyun salonunun qanunsuz fəaliyyətini təşkil etmək olub.

Polis saxlanılıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri təyin edəcək.

# 66063
avatar

Oxşar yazılar