Daşkəsəndə oğurluqlar edən  dəstə üzvləri   saxlanılıblar
22 may 2024 09:46 (UTC +04:00)

Daşkəsəndə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar

Daşkəsəndə silsilə oğurluq hadisələri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq hadisələri törədən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev saxlanılıblar. 

Onlar müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlayıblar.

Maddi sübutların bir qismi saxlanılanlardan aşkarlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Oxşar yazılar