Çoban minaya  düşüb öldü
24 iyul 2024 16:31 (UTC +04:00)

Çoban minaya düşüb öldü

Türkiyədə çoban minaya düşərək həlak olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hakkari rayonunun Yüksekova qəsəbəsində baş verib. Xırdabuynuzlu heyvanlarını otaran 30 yaşlı Bedrettin Düzen PKK terrorçularının quraşdırdığı minaya düşərək yaralanıb.

Helikopterlə xəstəxanaya aparılan çobanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Oxşar yazılar