Cinayət törədib İrana qaçmaq istəyən tutuldu - FOTO
23 avqust 2022 19:58 (UTC +04:00)

Cinayət törədib İrana qaçmaq istəyən tutuldu - FOTO

Dövlətini sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 6:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı,  Ağdaş rayon sakinləri 36 yaşlı Həsənov Elşad Elxan oğlu, 36 yaşlı Cahangirov Əkbər Vüqar oğlu və 35 yaşlı İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib.

Digər pozuntu isə avqustun 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında qeydə alınıb. Buradakı sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən Goranboy rayon sakini 29 yaşlı Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qanunsuz yolla İran İslam Respub­likasına keçməyə cəhd etməsi müəyyənləşdirilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxs

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

2 iyul 2024 , 08:04
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

1 iyul 2024 , 18:31
Azərbaycanda HOTELDƏ ÖLÜM

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 iyul 2024 , 17:54
DTX-nın  həbs etdiyi məmur azadlığa buraxıldı

DTX-nın həbs etdiyi məmur azadlığa buraxıldı

1 iyul 2024 , 17:38