Cəlilabadda su quyusuna düşən ata və qızının meyitləri  tapıldı - YENİLƏNİB  - TƏFƏRRÜAT
14 avqust 2024 16:00 (UTC +04:00)

Cəlilabadda su quyusuna düşən ata və qızının meyitləri tapıldı - YENİLƏNİB - TƏFƏRRÜAT

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 43 yaşlı Məmmədov Həsənağa Təvəkkül oğlu və 20 yaşlı Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, əvvəlcə N. Məmmədova su quyusuna düşüb. Ata H. Məmmədov qızını çıxarmaq üçün quyuya düşsə də, özü də orada boğulub.

***
15:17

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar

Biləsuvar sakini laqonda ilə BARMAQLARINI DOĞRADI

Biləsuvar sakini laqonda ilə BARMAQLARINI DOĞRADI

14 avqust 2024 , 20:27
İsmayıllıda 30 yaşlı kişi özünü asdı

İsmayıllıda 30 yaşlı kişi özünü asdı

14 avqust 2024 , 19:07
Kamran Əliyev

Baş prokuror onu təqaüdə göndərdi

14 avqust 2024 , 19:05
Bir nəfər Kürdə batdı

Bir nəfər Kürdə batdı

14 avqust 2024 , 17:57
Əmisi oğlunun yerinə sürücülük imtahanına  girən saxlanıldı

Əmisi oğlunun yerinə sürücülük imtahanına girən saxlanıldı

14 avqust 2024 , 17:49
Bank kartından pul oğurlayan qadın tutuldu

Bank kartından pul oğurlayan qadın tutuldu

14 avqust 2024 , 17:23
Rüşvətxor  yol polisi rəisi saxlanıldı

Rüşvətxor yol polisi rəisi saxlanıldı

14 avqust 2024 , 15:52
İki ay əvvəl Kürdə batan 2 nəfərdən birinin meyiti tapıldı

İki ay əvvəl Kürdə batan 2 nəfərdən birinin meyiti tapıldı

14 avqust 2024 , 15:41