Çeçenistanda PARTLAYIŞ:  azərbaycanlının bədəninin yarısı yandı
28 may 2025 15:22 (UTC +04:00)

Çeçenistanda PARTLAYIŞ: azərbaycanlının bədəninin yarısı yandı

Çecenistanda baş verən qaz partlayışı nəticəsində ağır yanıq xəsarətləri alan Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub.

Bu barədə Lent.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu il aprelin 19-da Çecenistan Respublikasının Qroznı şəhərində yerləşən kirayə mənzildə gecə saatlarında baş vermiş qaz partlayışı nəticəsində yanğın olub. Hadisə nəticəsində 61 yaşlı kişi ağır bədən yanığı xəsarətləri alıb. Xəsarət alan şəxsin bədəninin baş və üst tənəffüs yolları da daxil olmaqla ümumilikdə 50 faizi yanıb.

Zərərçəkən hadisədən təxminən 30 dəqiqə sonra Qroznı şəhərində yerləşən Kadırov adına Respublika Klinik Xəstəxanasının Yanıq şöbəsinin reanimasiya bölməsinə yerləşdirilərək, müvafiq müalicə alıb.

Mayın 23-də, saat 18:35-də zərərçəkən ağır vəziyyətdə Rusiya-Azərbaycan sərhədinin neytral zonasından təcili tibbi yardım briqadası tərəfindən təhvil alınıb. Həmin gün saat 20:55-də xəstə bədənin, başın, boynun, yuxarı və aşağı ətrafların, habelə yuxarı tənəffüs yollarının 2-ci, 3-cü və 4-cü dərəcəli termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təcili tibbi yardım briqadası tərəfindən çatdırılıb.

Təxliyə zamanı xəstəyə zəruri tibbi yardım göstərilib və hazırda o, ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəsini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260

Oxşar yazılar