Çayın ortasında köməksiz qalan şəxsin  XİLAS OLUNMA ANI   - VİDEO
26 may 2022 08:38 (UTC +04:00)

Çayın ortasında köməksiz qalan şəxsin XİLAS OLUNMA ANI - VİDEO

Xaçmazada Ağçaydan sel keçib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məluumta görə, nazirliyin “112” qaynar telefon xəttinə Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.

Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.

# 3168
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11