Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulisin Bakıda oteldə meyitinin tapılması ilə bağlı araşdırmalara başlanılıb.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqlənib.
Bildirilib ki, hadisə ilə bağlı prokurorluğun İstintaq İdarəsində araşdırmalar başlayıb.
Qeyd edək ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə dünyasını dəyişib.