Bu il yol qəzalarında ölənlərin  SAYI
09 sentyabr 2021 14:41 (UTC +04:00)

Bu il yol qəzalarında ölənlərin SAYI

“Aparılan təhlillər göstərir ki, bu ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41 faizini piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər ölüb, 267 nəfər xəsarət alıb”.

Lent.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib.

Müraciətdə bildirilir ki, Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4 faizini piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub.

“Göstərilən rəqəmləri formalaşdıran qəzaların təhlili məsələyə fərqli baxmağı zəruri edir. Məsələ ondadır ki, ümumilikdə piyada vurma hadisələrinin 90 faizindən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir. Təcrübədə piyadaların təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin araşdırılması heç də asan olmur. Sürücülər adətən qəza zamanı sığorta ödənişinin həyata keçirilməsi, eyni zamanda bu halın daha ciddi məsuliyyətə səbəb olduğunu bildikləri üçün hadisə yerindən yayınmaqda maraqlı olmurlar. Amma çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Mehman Nəbiyev

Oxşar yazılar