Tovuzda toy məclisi
29 mart 2021 09:47 (UTC +04:00)

Tovuzda toy məclisi

Bir rayonun 3 yerində karantinə məhəl qoymayıb toy etdilər -FOTO

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə Tovuz rayon Polis Şöbəsinə rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. Rayon Polis Şöbəsi əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada şöbəyə gətirib. Polis Şöbəsində həmin şəxslərə bir daha koronovirus infeksiyası barədə məlumat verilərək, bu tip addımlarla həm özlərinin həm digərlərinin həyatlarının təhlükəyə atılması xatırladıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. Rayon Polis Şöbəsi əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Mehman Nəbiyev

Oxşar yazılar