Bir günə kartlardan 55 mindən çox pul  oğurladılar
20 iyul 2024 16:10 (UTC +04:00)

Bir günə kartlardan 55 mindən çox pul oğurladılar

Daxili İşlər Nazirliyi bank kartları ilə bağlı əhaliyə çağırış edib.

Lent.az nazirliyə istinadla çağırış mətnini təqdim edir:

"Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur. Hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir. 

Vətəndaşlar  “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır. 

“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaq".  

Həmçinin bildirilib ki, iyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat  pulları oğurlanıb. 

Qeyd olunub ki, bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. 

Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan,  xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar