Biləsuvarda avtomobil piyadanı vurub öldürdü
19 sentyabr 2022 23:16 (UTC +04:00)

Biləsuvarda avtomobil piyadanı vurub öldürdü

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Piyada, Biləsuvar şəhər sakini, 49 yaşlı Malik Qardaşəli oğlu Qasımovu  “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.
 

# 1512
avatar

Oxşar yazılar