Beynəlxalq axtarışda olanlar   Azərbaycana gətirildi
02 sentyabr 2022 12:53 (UTC +04:00)

Beynəlxalq axtarışda olanlar Azərbaycana gətirildi

Rusiyada saxlanılan azərbaycanlılar ölkəmizə ekstradisiya ediliblər.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları Mütəllimov Loğman Gülağa oğlu və İbrahimzadə Ruslan Rəhman oğlunun ekstradisiyası haqqında vəsatətləri Rusiyanın Baş Prokurorluğu təmin edib.

Şirvan şəhər Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Hər iki şəxs Rusiya ərazisində müəyyən edilərək saxlanılıblar.

Sentyabrın 9-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiyadan Azərbaycana gətiriliblər.

# 2577
avatar

Mehman Nəbiyev

Oxşar yazılar