Bərdə sakini Ağdamda  yolda öldü
06 dekabr 2023 22:09 (UTC +04:00)

Bərdə sakini Ağdamda yolda öldü

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Ağdam rayon sakini Asəf  Verdiyev yolu keçmək istəyərkən Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi  90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə onu vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb.  

Faktla bağlı araşdırma aparılır.
 

# 2811
avatar

Oxşar yazılar