Bazarda 3 nəfəri aldadıb pullarını aldı
07 dekabr 2022 11:30 (UTC +04:00)

Bazarda 3 nəfəri aldadıb pullarını aldı

Bakıda bazarda dələduzluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 6-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarında 3 nəfərin ümumilikdə 520 manatının dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.

Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini Rövşən Fətəliyev müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

# 1659
avatar

Oxşar yazılar