Başqalarının maşınlarını SATIŞA QOYDULAR -FOTO
29 iyul 2022 11:05 (UTC +04:00)

Başqalarının maşınlarını SATIŞA QOYDULAR -FOTO

Dələduzluq edən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov saxlanılıblar. İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında “Vaz” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə  satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər.

 Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.. 

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib. 
Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

# 2247
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

7 may 2024 , 11:25
Azərbaycanda məktəbdə DAVA : Şagird xəstəxanada can verdi -YENİLƏNİB

Azərbaycanda məktəbdə DAVA: Şagird xəstəxanada can verdi -YENİLƏNİB

7 may 2024 , 11:17
Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

7 may 2024 , 11:03
Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

7 may 2024 , 10:42
Qusarda FACİƏ:  32 yaşlı qadın HAMAMDA ÖLDÜ

Qusarda FACİƏ: 32 yaşlı qadın HAMAMDA ÖLDÜ

7 may 2024 , 10:26
Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

7 may 2024 , 09:46
“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

7 may 2024 , 09:20
ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

7 may 2024 , 08:31