Baş Prokurorluqdan Əhmədlə bağlı AÇIQLAMA
03 aprel 2024 15:58 (UTC +04:00)

Baş Prokurorluqdan Əhmədlə bağlı AÇIQLAMA

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

Odur ki, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik.

# 2529
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54