Qətl törədən hakim Fəqan Əhmədov
31 may 2021 13:08 (UTC +04:00)

Qətl törədən hakim Fəqan Əhmədov

Baş Prokurorluq arvadını öldürən hakimin vəkilinə xəbərdarlıq etdi

0

Baş Prokurorluq Sabunçuda qətl törədən hakim Fəqan Əhmədovun vəkili ilə bağlı açıqlama verib.

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlaması ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Qeyd edək ki, təqsirləndirilən hakimin vəkili Ceyhun Yusifov mətbuata açıqlama verərək F.Əhmədovun arvadı Pərvanə Əhmədovanı qəsdən öldürmədiyini bildirib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2671

Oxşar yazılar