Beynəlxalq iclasdan foto
08 aprel 2022 17:05 (UTC +04:00)

Beynəlxalq iclasdan foto

Baş prokuror İtaliyada bu məsələləri müzakirə etdi - FOTO

Aprelin 7 və 8-də İtaliyanın Sirakuza şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, hibrid formatda baş tutmuş tədbirdə ölkəmizi Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə videokonfrans vasitəsilə iştirak edən Baş prokuror prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Görüşdə prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra təşkilati məsələlər, o cümlədən prokurorluq orqanları əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə sahəsində biliklərinin artırılması və formalaşmış əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Assosiasiyanın Qlobal Təhsil Akademiyası və Prokurorların Mübadilə Proqramı kimi təşəbbüslərin gələcək perspektivləri və onların inkişafı ilə bağlı təyin olunmuş büdcə məsələləri müzakirə edilib, BPA-nın rəhbər vəzifələrinə seçkilər keçirilib, habelə qurumun illik maliyyə hesabatları dinlənilib.

Azərbaycanın Assosiasiyanın təsis olunduğu vaxtdan fəaliyyətinə verdiyi töhfə və səmərəli əməkdaşlıq əlaqələri nəzərə alınaraq ölkəmizin prokurorluq orqanlarından 1 nəfər əməkdaşın təşkilatın Katibliyinə 1 il müddətinə ezam olunması müzakirə olunub.

Həmçinin tədbirdə əvvəlki iclaslarda ölkəmiz tərəfindən dəstəklənmiş qurumun 10-cu Regional Konfransının 2023-cü ildə İstanbul şəhərində, 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi yığıncağı və illik konfransının isə Bakı şəhərində keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə iştirak etmək üçün İtaliyaya ezam olunmuş Baş prokurorun müavini Heydər Məmmədov və prokurorluğun digər əməkdaşları Sirakuza Beynəlxalq İnstitutunun rəhbərliyi, həmçinin BPA-nın Katibliyi və İcraiyyə Komitəsinin üzvləri ilə görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar