BakuBus MMC-nin avtobsu  qəzaya düşdü
09 noyabr 2022 06:55 (UTC +04:00)

BakuBus MMC-nin avtobsu qəzaya düşdü

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

# 2037
avatar

Oxşar yazılar