Nəsimi rayonunda hər mərtəbəsi 13500 m² olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumi sahəsi 60 m² olan kitabxananın tavanı 5 m² sahədə, ümumi sahəsi 20 m² olan birotaqlı mənzilin tavanı 20 m² sahədə və dəhlizin tavanı 9 m² sahədə, 2-ci mərtəbəsində dəhlizin döşəməsi 3 m² sahədə (ümumi 82 m² sahədə) yanıb. Yanğın zamanı tüstülənən mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının yayılmasının qarşısı alııb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.