Qanunsuzluq olan obyekt
26 oktyabr 2021 11:06 (UTC +04:00)

Qanunsuzluq olan obyekt

Bakının mərkəzində tikintinin qarşısı alındı - VİDEO

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Daha bir obyektin tikintisi dayandırıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar