Martın 31-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 300 manat dəyərində gümüş və bijuteriya əşyaları açıq talama yolu ilə aparılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Hüseynova müəyyən edilərək tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.