Bakının mərkəzində restoran yarıldı
27 oktyabr 2021 13:15 (UTC +04:00)

Bakının mərkəzində restoran yarıldı

Oktyabrın 19-da Nəsimi rayonu ərazisindəki restoranların birindən 4060 manat dəyərində noutbuk, 4 ədəd planşet və spirtli içki oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nəsimi rayon Polis İdarəsi, 21-ci Polis Bölməsi və Binəqədi rayon Polis İdarəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2390

Oxşar yazılar