Bakının mərkəzində FACİƏ:  gecəyarı bibisinin evində özünü asdı
03 iyun 2023 15:54 (UTC +04:00)

Bakının mərkəzində FACİƏ: gecəyarı bibisinin evində özünü asdı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 3 radələrində Səbail rayonu Badamdar qəsəbəsi 1-ci Bağlar döngəsində yerləşən fərdi evdə baş verib. 43 yaşlı Qasımov Elbrus Qasım oğlu bibisinə məxsus həmin evin həyətindəki dəmir borudan elektrik naqili ilə özünü asıb.

Onun hansı səbəbdən özünü öldürməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

# 2052
avatar

Mehman Nəbiyev

Oxşar yazılar