Ruslan Dilanov, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri
18 mart 2021 11:16 (UTC +04:00)

Ruslan Dilanov, “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri

“Bakılift-2”nin keçmiş rəisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

APA xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki,  R. Dilanov  Cinayət Məcəlləsinion 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar