Bakıdan Rusiyaya uçan təyyarə dron hücumlarına  görə geri döndü - YENİLƏNİB
27 dekabr 2024 12:41 (UTC +04:00)

Bakıdan Rusiyaya uçan təyyarə dron hücumlarına görə geri döndü - YENİLƏNİB

"Azərbaycan Hava Yolları" Bakıdan Minvod istiqamətində uçan təyyarənin dron hücumları səbəbindən geri dönməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

***

saat 12:18

Bu gün səhər saatlarında Bakıdan Minvod istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bundan sonra ekipaj məcburi Qazaxıstanın Aktau limanına eniş edərkən təyyarə qəzaya uğrayıb. Nəticədə ekipajla birgə 67 nəfərdən 38 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Oxşar yazılar