Bakıdan Naxçıvana gedən yük maşınından görün nələr çıxdı?
05 iyun 2024 11:04 (UTC +04:00)

Bakıdan Naxçıvana gedən yük maşınından görün nələr çıxdı?

İrandan Naxçıvana qanunsuz yük aparan sürücü saxlanılıb.

Bu barədə Lent.az-a Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.

Məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi 99DK173/10ZG554 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük maşını Bakıdan Naxçıvana gətirəcəyi 18 tona yaxın avtomobil ehtiyyat hissələrini İranda boşaldıb. Həmin yükün yerinə 17 tondan artıq döşəmə daşı yükləyib. Bu barədə Əməliyyat və İstintaq İdarəsinə məlumat daxil olub.

Nəqliyyat vasitəsi mayın 29-da saat 21:50-də Azərbaycan Respublikasının “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyata alınaraq ölkədən çıxış edib, iyunun 2-də saat 04:52-də “Culfa”  dövlət sərhədindən buraxılış məntəqəsindən muxtar respublika ərazisinə daxil olub.

Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İrandan Azərbaycana qanunsuz olaraq 17 ton yük gətirən avtomobil saxlanılıbİrandan Azərbaycana qanunsuz olaraq 17 ton yük gətirən avtomobil saxlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36734

Oxşar yazılar

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI  -VİDEO

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI -VİDEO

31 mart 2025 , 11:26
Polisdən ƏMƏLİYYAT:  İran vətəndaşları saxlanıldı

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldı

31 mart 2025 , 11:15
Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45