Bakıda yollar sürüşkəndi: QƏZALAR OLDU  -FOTOLENT
23 fevral 2025 15:38 (UTC +04:00)

Bakıda yollar sürüşkəndi: QƏZALAR OLDU -FOTOLENT

Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Lent.az-a bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür.

1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;

3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var;

4. Nərimanov rayonu, Ziya Bünyadoov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar