Bakıda yaşlı kişi iş yerinin qarşısında ÖLDÜ
02 sentyabr 2021 15:22 (UTC +04:00)

Bakıda yaşlı kişi iş yerinin qarşısında ÖLDÜ

Bakıda yaşlı kişi küçədə ölüb.

Lent.az-ın məlumatına görə, 62 yaşlı Vəliyev Arif Qəni oğlu sentyabrın 1-də paytaxtın Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında qəflətən ölüb.

Arif Vəliyevin oradakı mebel mağazalarından birində işlədiyi bildirilir. O, elə həmin mağazanın yaxınlığında dünyasını dəyişib.

A.Vəliyevin xəstəlikdən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Mehman Nəbiyev

Oxşar yazılar