Bakıda yaşıllıq ərazidə baş verən yanğın MƏHDUDLAŞDIRILDI  - YENİLƏNİB  - VİDEO
22 iyun 2021 18:49 (UTC +04:00)

Bakıda yaşıllıq ərazidə baş verən yanğın MƏHDUDLAŞDIRILDI - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Müki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub. Həyata keçirilən operativ tədbirlət nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

***

17.20

Bakıda ağaclıq ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə,Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olub. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 2415
avatar

Mehman Nəbiyev

Oxşar yazılar