Bakıda uşaq göldə batdı  - YENİLƏNİB
27 avqust 2025 10:38 (UTC +04:00)

Bakıda uşaq göldə batdı - YENİLƏNİB

Bakıda göldə batan uşağın kimliyi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Ramana qəsəbəsində süni göldə boğularaq ölən azyaşlının 2014-cü il təvəllüdlü Şahmurlu Nurəddin Elgün oğlu olması müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır. 

***

26 avqust, saat 17:54

Bakının Sabunçu rayonunda uşaq süni göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar