Bakıda uşaq bağçası qarət olundu
14 fevral 2022 21:56 (UTC +04:00)

Bakıda uşaq bağçası qarət olundu

Bakıda uşaq bağçasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbuk oğurlanıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar