Bakıda  qəza:   Piyada hadisə yerində ÖLDÜ
27 iyun 2022 02:50 (UTC +04:00)

Bakıda qəza: Piyada hadisə yerində ÖLDÜ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1-ci Tramvay küçəsində yolu keçərkən, 1989-cu il təvəllüdlü Həsənov Fərhad Əhliman oğlunu minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

# 1503
avatar

Oxşar yazılar