Bakıda qadınlar qızıl mağazasını qarət etdilər
04 oktyabr 2024 10:53 (UTC +04:00)

Bakıda qadınlar qızıl mağazasını qarət etdilər

Bakının Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 3750 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abdullayeva və T.Mamedova müəyyən olunaraq saxlanılıblar.
 
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879
avatar

Oxşar yazılar