Timsah tamaşa zamanı məşqçiyə hücum etdi - VİDEO
04 oktyabr 2024 12:50 (UTC +04:00)

Timsah tamaşa zamanı məşqçiyə hücum etdi - VİDEO

Taylandda əyləncə parkında şou zamanı timsah məşqçiyə hücum edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə timsahların yetişdirildiyi və onlarla nümayiş olunduğu “The Million Years Stone Park və Pattaya” timsah farmında baş verib. Təlimçi tamaşaçıların gözü önündə əlini timsahın ağzına salmağa çalışıb.

Timsah bu zaman çənələrini bağlayıb və kişinin qolundan tutub. Məşqçi dərhal özünü xilas edə bilsə də, qolu ciddi zədələnib.

Zərərçəkənin nə dərəcədə ağır xəsarət aldığı məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar