Bakıda avtomobil piyadaları vurub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
Səmədov Aqil Məmmədağa oğlu idarə etdiyi "Mercedes-Benz Axor" markalı yük avtomobili ilə piyadalar Eyvazova Cəmilə Xanoğlan qızı və onun bacısı Elmiranı vurub.
Nəticədə Cəmilə Eyvazova dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.